61 600 lari məbləğində dələduzluq faktı üzrə bir nəfərə ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmə faktı üzrə bir nəfərə ittiham irəli sürüb.Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Qurumun məlumatına görə, Tbilisi Prokurorluğunun dələduzluq cinayət işləri üzrə prosessual rəhbərlik idarəsi tərəfindən aparılan iş çərçivəsində müəyyən edilib ki, 2022-ci ilin avqust ayında təqsirləndirilən şəxs guya birgə biznes qurmaq – konkret olaraq Oni rayonunun Uçera kəndində kotteclərin tikintisi, sonradan onların icarəyə verilməsi və gəlir əldə olunacağı vədi ilə zərərçəkmişə məxsus 61 600 lari məbləğində vəsaiti dələduzluq yolu ilə mənimsəyib.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi məhkəmə qərarı əsasında saxlayıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (külli miqdarda törədilmiş dələduzluq) ilə ittiham irəli sürülüb. Sözügedən maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


