22 
Fev
2026
14:38
118

Qurcaani meri: Velistsixe layihəsi dayandırılmayıb, işlər qısa müddətdə bərpa olunacaq

Qiorqi Maçavariani Gürcüstan hökumətinin Velistsixe kəndinin reabilitasiyası layihəsini icra edən podratçı şirkətlərlə müqaviləni ləğv etməsi və yeni tender elan edilməsi barədə qərarına münasibət bildirib.

Qurcaani meri qeyd edib ki, layihənin dayandırılması və davam etdirilməyəcəyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Yerində layihə ilə bağlı mövcud vəziyyətlə tanış olduq. Layihənin dayandırıldığı və davam etdirilməyəcəyi barədə məlumat doğru deyil. Bu layihəni icra edən şirkətlə müqavilə ləğv olunacaq, tender yenidən elan ediləcək və mümkün qədər qısa müddətdə reabilitasiya işləri bərpa olunacaq”, – deyə Qiorqi Maçavariani bildirib.

Məlumat üçün bildirək ki, Munisipal İnkişaf Fondu Velistsixe kəndinin reabilitasiyası layihəsini həyata keçirən podratçı şirkətlərlə müqavilənin ləğvi və yeni tenderin elan edilməsi barədə qərar qəbul edib. Buna səbəb kimi şirkətlərin bir sıra xəbərdarlıqlara baxmayaraq üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməməsi göstərilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər