22 
Fev
2026
14:46
245

Qadını sistemli şəkildə izləyən və ölümlə hədələyən şəxs saxlanılıb

Kaxeti Polis Departamentinin Qurcaani Rayon İdarəsinin əməkdaşları 1964-cü il təvəllüdlü G.Q.-ni təqib və hədə-qorxu ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmiş qadını sistemli şəkildə, qanunsuz olaraq izləyib və onunla arzuolunmaz əlaqə yaratmağa cəhd göstərib. Araşdırma zamanı həmçinin müəyyən olunub ki, saxlanılan şəxs zərərçəkmişi və onun anasını öldürməklə hədələyib.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində G.Q. təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 151¹ və 151-ci maddələri ilə aparılır. Sözügedən maddələr 2 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər