22 
Fev
2026
14:48
249

“İşğalla barışmayacağıq” şüarı ilə fevralın 25-də etiraz yürüşü keçiriləcək

“İşğalla barışmayacağıq” şüarı ilə fevralın 25-də Tbilisidə etiraz aksiyası-yürüş təşkil olunacaq.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları əvvəlcə Veri parkı yaxınlığında toplaşacaq, daha sonra isə parlament binası istiqamətində yürüş edəcəklər.

Təşkilatçıların bildirdiyinə görə, 1921-ci il fevralın 25-də Moskvaya “Tbilisi üzərində qırmızı bayraq dalğalanır...” məzmunlu teleqram göndərilmişdi. Həmin gün Gürcüstan müstəqilliyini itirsə də, azadlıq arzusu itirilmədi.

Onların sözlərinə görə, 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, Kojori və Tabaxmela istiqamətində yunkerların başladığı mübarizə hələ də başa çatmayıb. Bildirilir ki, işğal xətti bu gün də ölkə ərazisindən keçir və bu tarixi fasiləni qələbə ilə başa vurmaq vəzifə olaraq qalır.

Təşkilatçılar qeyd edirlər ki, fevralın 25-də toplaşmaqla:

paytaxtı son gülləyədək müdafiə edənlərin xatirəsinə ehtiram göstərəcəklər;

işğalın müvəqqəti, müqavimətin isə əbədi olduğunu bəyan edəcəklər;

başlanmış mübarizənin davam etdiriləcəyini nümayiş etdirəcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər