22 
Fev
2026
16:35
1848

Gürcüstanda yenilənmiş dizaynlı pasportun qiyməti açıqlanıb

Son günlər sosial şəbəkələrdə və mediada biometrik pasportlarda aşkar edilən texniki qüsurlar geniş müzakirə olunurdu. Bəzi vətəndaşlar yeni əldə etdikləri pasportlarda çap xətaları, məlumatların qeyri-dəqiq köçürülməsi və vizual defektlərin olduğunu bildirirdilər.

InterPress.ge xəbər verir ki, məsələ ilə bağlı aidiyyəti qurum açıqlama yayaraq hər bir halın fərdi qaydada yoxlanıldığını və texniki qüsur təsdiqləndiyi halda sənədin mövcud qaydalara uyğun olaraq dəyişdiriləcəyini bəyan edib.

Məlumat üçün bildirək ki, yenilənmiş dizaynlı pasportların verilməsinə 2025-ci il noyabrın 3-dən etibarən Ədliyyə evlərində başlanılıb və sənədin rüsumu dəyişməyib.

Gürcüstan vətəndaşı üçün biometrik pasportun qiyməti hazırlanma müddətindən asılıdır və sürətləndirilmiş xidmət zamanı tarif artır.

Standart tariflər aşağıdakı kimidir:

• 10 iş günü ərzində – 150 lari

• 5 iş günü ərzində – 180 lari

• 3 iş günü ərzində – 225 lari

• 24 saat ərzində – 300 lari

• Eyni gün – 350 lari

Biometrik pasportun etibarlılıq müddəti 10 ildir. 18 yaşınadək şəxslərə verilən pasport isə 3 il müddətinə qüvvədədir.

Texniki qüsur aşkar edildiyi halda vətəndaş xidmət mərkəzinə müraciət etməlidir. Qüsur təsdiqlənərsə, sənəd əlavə ödəniş olmadan dəyişdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər