Hökumət qərar verdi - martın 1-dən etibarən bu şəxlər işləyə bilməyəcək
İrakli Kobaxidzenin sərəncamına əsasən, martın 1-dən etibarən Gürcüstanda daimi yaşayış icazəsi olmayan xarici ölkə vətəndaşlarına kuryer, taksi sürücüsü və turist bələdçisi kimi işləmək qadağan ediləcək.
InterPress.ge xəbər verir ki, Gürcüstan hökumətinin “Əmək miqrantı və özünüməşğul olan əcnəbi üçün əmək fəaliyyəti hüququnun verilməsi qaydası haqqında” 3 nömrəli qərarının əlavəsində illik kvotaların tətbiq olunduğu peşə və fəaliyyət sahələri göstərilib. Daimi yaşayış icazəsi olmayan əcnəbilər üçün kuryer xidməti, sərnişin daşımaları və turistlər üçün bələdçi xidməti üzrə sıfır kvota müəyyən edilib.
Qərara əsasən, Gürcüstanda daimi yaşayış icazəsi olmayan əcnəbinin yerli işəgötürənlə əmək müqaviləsi bağlaması və ödənişli əmək fəaliyyəti ilə məşğul olması, həmçinin yerli işəgötürənlə məsafədən əmək münasibətlərinin qurulması və ya ölkə ərazisində sahibkarlıq/əmək fəaliyyəti göstərməsi yalnız həmin şəxsin əmək fəaliyyəti hüququ əldə etməsindən sonra mümkündür.
Baş nazir İrakli Kobaxidzenin imzaladığı qərar cari ilin martın 1-dən qüvvəyə minəcək.


