23 
Fev
2026
00:48
429

Tbilisidə “MODEL UN CONFERENCE” Ecology & Green Energy 2026 keçirilib

21 Fevral 2026-cı il tarixində Tbilisi şəhərində, “MODEL UN CONFERENCE” Ecology & Green Energy 2026 keçirilib.

InterPress.ge xəbər verir ki, konfrans "Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi"nin (GASU) təşkilatçılığı ilə keçirilib.

Konfrans BMT modelində keçirildi və Ekologiya və Yaşıl Enerji problemlərinin həlli yolları və müzakirəsinə həsr olunub.

Layihənin məqsədi tələbələrdə liderlik keyfiyyətlərini, komanda işində praktik tapşırıqlar vasitəsi ilə komanda işi bacarıqlarını gücləndirmək, həmçinin onları dünyadakı EKOLOJİ problemlər haqda məlumatlandırmaq, YAŞIL ENERJİyə keçid və bu yöndə görülən innovativ yeniliklər haqda məlumatlandırmaq idi.

Tədbirin açılışını Baş Assambleyanın Prezidenti Emil Allahverdiyev edib.

Daha sonra "Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi"nin rəhbəri Aytəkin Allahverdiyeva çıxış edərək gənclərə və konfransa uğurlar arzu edib.

Konfransda münsiflər heyyəti olaraq iştirak edən "OXU Təhsil Mərkəzi"nin direktoru Murad Muradov, "Gürcüstan Texniki Universiteti"nin professoru Emilia Alaverdova və "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov konfrans haqda fikirlərini bildirdilər, bu tip tədbirlərin tələbələrin inkişafında rolundan danışıblar.

Konfransda 37 ölkənin şərti nümayəndəsi təmsil olundu. Hər bir nümayəndə ayrılmış 1 dəqiqəlik çıxış zamanı öz ölkəsinin ekologiji vəziyyəti və yaşıl enerjiyə keçidi haqda əsas problemləri və digər ölkələrdən gözləntiləri barədə danışıblar.

Daha sonra iştirakçılar 6 qrup şəklində aşağıdakı mövzularda müzakirələr apararaq yekun qərarlar əldə ediblər.
1. Yaşıl və zəngin donor ölkələr
2. Böyük sənaye və emissiya ölkələri
3. İqlimdən zərər görən ölkələr
4. Enerji və resurs ölkələri
5. Ada və iqlimə həssas ölkələr
6. Regional səviyyədə güclü ölkələr

Müzakirələr zamanı böhranın ölkələrə təsiri, mümkün birgə addımlar, maliyyə və texnologiya dəstəyi məsələləri müzakirə olundu. Hər qrup 3–5 maddədən ibarət qısa qətnamə hazırlayıb.

Daha sonra yekun müzakirə keçirildi və Baş Assambleya üzvləri yekun qətnaməni qəbul edərək imzalayıblar.

Sonda iştirakçılara sertifikatlar təqdim olundu, həmçinin 5 nəfərə "GASU" üzvlük kartı təqdim edilib.

Konfransda beş ölkənin şərti nümayəndəsi qalib seçilib.
Vyetnam – Nəzrin Turabova
Səudiyyə Ərəbistanı – Dinar Əhmədov
Çin – Kamran Paşayev
Qatar – Ülviyyə Ağayeva
Cənubi Koreya – Zeynəb Nurmamedova

Konfransın yekununda, yaxın gələcəkdə bu formatda fəaliyyətlərin davam etdirilməsinə qərar verilib.


 


 


 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər