26 
Fev
2026
20:45
284

"Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi" Tbilisidə Xocalı soyqırımını andı - FOTO

26 fevral 2026-cı il tarixində Tbilisi şəhərində, Axis Towers-də Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

InterPress.ge xəbər verir ki, tədbir Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi (GASU) tərəfindən təşkil olunub. 

Tədbir əvvəlində Xocalı Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iştirakçılara Xocalı hadisələri haqqında məlumat verilib, tarixi yaddaşın qorunmasının vacibliyi barədə danışılıb.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Kamal Xəlilov çıxış edərək günün əhəmiyyətini vurğulayıb. Ardınca "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov çıxış edərək Xocalı faciəsinin unudulmamasının vacibliyindən bəhs edib.

Proqram çərçivəsində "GASU" üzvlərindən,  Gülzadə İsayeva “Xocalıda yarımçıq qalan uşaqlıq” mövzusunda çıxış edərək faciənin uşaqların həyatında buraxdığı izlərdən danışıb. Digər "GASU" üzvü Sultan Süleyman Novruzov Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqında çıxış etdi və onun haqqında hazırladığı video materialı təqdim edib.

Daha sonra "GASU" rəhbəri Aytəkin Allahverdiyeva “Müharibə jurnalistikası” mövzusunda çıxış edərək informasiya cəbhəsinin rolundan danışıb, Ülviyyə Ağayeva “Təbliğatın gücü və yanlış bilinən həqiqətlər” mövzusuna toxunub.  Digər "GASU" üzvü, "New Generation" gənclər şəbəkəsinin rəhbəri Emil Allahverdiyev “Beynəlxalq reaksiya və ədalət” barədə fikirlərini bölüşüb. Natiqlərdən Zeynəb Nurmamedova “Tarixi xatırlamaq niyə vacibdir?” mövzusunda, Lalə Babayeva “Yaddaşın susmayan səsi və insanlığın vicdanı” mövzusunda danışıblar. Sonda Renat Məmmədov çıxış edərək sülhün əhəmiyyəti mövzusuna toxunub.

​​​​​​​

​​​​​​

​​​​​​​

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər