27 
Fev
2026
11:07
375

Tbilisidə 10 nəfər saxlanılıb, 10 obyekt bağlanıb

Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Tbilisidə hakim qərarı əsasında keçirilmiş əməliyyat nəticəsində fahişəliyə şərait yaratma və fahişəlik üçün yer ayırma ittihamı ilə 10 nəfəri saxlayıb, 10 obyekti isə bağlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin bildirdiyinə əsasən, cinayət işi üzrə onlarla istintaq hərəkəti, o cümlədən gizli audio və video çəkilişlər aparılıb və bununla təqsirləndirilən şəxslərin cinayət əməlləri sübuta yetirilib.

Məlumata görə, obyektlərin menecerləri və administratorları idarələrində əsasən xarici ölkə vətəndaşlarını işə cəlb edib, fahişəliyə şərait yaradıb və Tbilisinin müxtəlif rayonlarında yerləşən obyektləri müəyyən məbləğ müqabilində sistemli şəkildə bu məqsədlə istifadə üçün təqdim ediblər. Saxlanılanlar arasında Çin və Tailand vətəndaşları da var.

Toplanmış sübutlarla müəyyən edilib ki, təqsirləndirilən şəxslər fahişəliyə cəlb olunmuş qadınlara müştəri tapmaqda da kömək ediblər və göstərilən xidmətlərdən əldə olunan gəlirin bir hissəsini özləri götürüblər.

Hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş istintaq tədbirləri nəticəsində obyektlərdən ehtimal olunan fahişəlik fəaliyyəti nəticəsində əldə edilmiş pul vəsaiti maddi sübut kimi götürülüb. Sübutlar göstərir ki, obyektlərin əsas gəlir mənbəyi məhz fahişəliyə şərait yaratmaqdan əldə edilən vəsait olub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsi ilə istintaq aparılır. Bu maddə 4 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Nazirlikdən bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları müxtəlif kateqoriyalı cinayətlərlə mübarizəni fasiləsiz davam etdirirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər