Azyaşlı övladını dilənməyə məcbur edən valideyin saxlanıldı
Hüquq-mühafizə orqanları insan alveri (trafikinq) ittihamı ilə azyaşlının valideynini saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, 1981-ci il təvəllüdlü M.S. Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqla, o cümlədən məhkəmə qərarı əsasında aparılmış gizli audio və video çəkilişlər nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs azyaşlı övladını psixoloji təzyiq və fiziki zorakılıq hədəsi ilə Tbilisinin müxtəlif ərazilərində dilənməyə məcbur edib. Əldə olunan vəsaiti isə tam şəkildə özü mənimsəyib.
Keçirilmiş istintaq tədbirləri nəticəsində M.S. təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır. Sözügedən maddə 17 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


