01 
Mar
2026
12:02
229

Batumidə 123 800 larlıq dələduzluq: İki nəfər saxlanılıb

Acarıstan Polis Departamentinin əməkdaşları külli miqdarda dələduzluq faktı üzrə iki nəfəri Batumidə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Nazirliyin açıqlamasında bildirilir ki, məhkəmə qərarı əsasında 1995-ci il təvəllüdlü S.O. və 1989-cu il təvəllüdlü L.A. həbs edilib.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər əvvəlcədən hazırlanmış dələduzluq planı əsasında 1997-ci il təvəllüdlü M.M.-yə məxsus 123 800 lari məbləğində vəsaiti aldadaraq ələ keçiriblər.

Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ və istintaq tədbirləri nəticəsində S.O. və L.A. təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər