07 
Mar
2026
10:36
181

Tbilisi hava limanında külli miqdarda psixotrop maddə ilə Türkiyə vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ölkəyə xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz gətirilməsi faktının qarşısını alıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, Tbilisi Beynəlxalq Hava Limanında Türkiyə Respublikasının vətəndaşı – 2002-ci il təvəllüdlü O.B. saxlanılıb.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxsin səyahət çantasına baxış zamanı psixotrop maddə tərkibli 809 ədəd həb maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 261-ci və 263-cü maddələri ilə istintaq aparılır. Bu maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər