Külli miqdarda narkotik vasitə ilə bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo–Zemo Svaneti Polis Departamentinin Poti şəhər idarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım etmək ittihamı ilə 1999-cu il təvəllüdlü C.D.-ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin üzərində və yaşayış evində aparılan axtarış zamanı, həmçinin onun göstərdiyi yerlərdən satış üçün hazırlanmış 36 bağlamada xüsusilə külli miqdarda “amfetamin” narkotik maddəsini maddi sübut kimi götürüblər.
İstintaq tədbirləri nəticəsində polis tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da aşkar edilərək müsadirə olunub.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


