08 
Mar
2026
11:09
356

Qrup halında quldurluq və oğurluqda şübhəli bilinən 4 azyaşlı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları müxtəlif vaxtlarda məhkəmə qərarı əsasında qrup halında törədilmiş quldurluq və oğurluq ittihamı ilə 4 azyaşlını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, saxlanılan şəxslərdən üçü əvvəllər məhkum olunub və hazırda şərti cəza altındadır.

İstintaq nəticəsində müəyyən edilib ki, azyaşlılar əvvəlcədən razılaşaraq Tbilisidə yerləşən ərzaq mağazalarından və aptek şəbəkələrindən müxtəlif dəyərdə məhsulları qanunsuz olaraq mənimsəyib və hadisə yerindən qaçıblar.

Onların törətdiyi cinayət nəticəsində müxtəlif ticarət obyektlərinə təxminən 30 min lariyə qədər maliyyə ziyanı dəyib.

Araşdırma çərçivəsində hüquq-mühafizə orqanları onlarla ticarət obyektinin müşahidə kameralarının görüntülərini əldə edib və bu materiallar şübhəlilərin cinayət əməllərini təsdiqləyir.

Keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində polis dörd azyaşlını təqsirləndirilən şəxs qismində saxlayıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci və 3-cü hissələri, həmçinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır. Bu maddələr 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın