09 
Mar
2026
16:12
465

DTX: Marneuli meriyasının əməkdaşı və daha bir nəfər 60 min dollar dələduzluq cəhdinə görə saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) külli miqdarda dələduzluq cəhdinə görə Marneuli meriyasının əməkdaşı və onunla əlaqəli bir şəxsi saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DTX yayıb.

Qurumun yaydığı gizli çəkilişlərdə Marneuli meriyasının inzibati xidmətinin əməkdaşı Rima Otaraşvilinin pul aldığı və vətəndaşa məsələni 60 min ABŞ dolları müqabilində “100 faiz həll edəcəyini” vəd etdiyi görünür.

DTX-nin məlumatına görə, istintaq müəyyən edib ki, Marneuli bələdiyyəsində yerləşən 20 000 kvadratmetr torpaq sahəsinin bir neçə hissəyə bölünməsi və ayrılması məsələsinin guya meriyada müsbət həll olunması müqabilində meriyanın inzibati xidmətinin əməkdaşı və onun etibarlı şəxsi vətəndaşdan 60 min ABŞ dolları tələb ediblər.

Bildirilir ki, onlar bu məbləğin əvvəlcədən 5 min ABŞ dollarını götürüblər.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19 və 180-ci maddəsinin ikinci hissəsinin “a” və üçüncü hissəsinin “b” bəndləri ilə aparılır. Bu maddələr 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın