14 
Mar
2026
14:03
263

Gürcüstanda narkotik cinayətləri ilə bağlı 15 nəfər saxlanılıb

Gürcüstanda hüquq-mühafizə orqanları narkotik cinayətləri ilə bağlı ölkə üzrə müxtəlif vaxtlarda 15 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları, eləcə də əvvəllər məhkum olunmuş şəxslər var. Onlar külli və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışına yardım etməkdə ittiham olunurlar.

Aparılan axtarışlar zamanı saxlanılan şəxslərin üzərindən, yaşayış yerlərindən və yardımçı tikililərindən satış üçün hazırlanmış müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Onların arasında qurudulmuş marixuana, mefedron, kokain, alfa-PVP, tebain, metadon və buprenorfin var.

Polis tərəfindən aparılan istintaq hərəkətləri nəticəsində narkotiklərin qablaşdırılması üçün istifadə olunan materiallar və ehtimal ki, narkotiklərin satışından əldə edilən pul vəsaiti də müsadirə edilib.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260 və 260¹ maddələri üzrə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın