16 
Mar
2026
11:04
328

Marneulidə azyaşlı övladlarına qarşı zorakılıq edən valideyn saxlanıldı- VİDEO

Marneulidə qadın azyaşlı övladlarına qarşı zorakılıqda ittiham olunaraq saxlanılıb

Marneulidə azyaşlı övladlarına qarşı zorakılıq etməkdə ittiham olunan qadın saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları 2005-ci il təvəllüdlü S.G.-ni azyaşlıya qarşı ailə daxilində törədilmiş zorakılıq ittihamı ilə saxlayıblar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2020 və 2024-cü il təvəllüdlü övladlarına qarşı sistematik şəkildə zorakılıq edib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində S.G. təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 126¹ maddəsinin 2-ci hissəsi ilə aparılır. Bu maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər