16 
Mar
2026
11:09
396

Marneulidə iki nəfər hədə-qorxu ilə pul tələb etmə və qanunsuz silah saxlama ittihamı ilə saxlanıldı - VİDEO

Marneulidə böyük məbləğdə pul əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə və qanunsuz silah saxlama ittihamı ilə iki nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1962-ci il təvəllüdlü E.M. və 1981-ci il təvəllüdlü A.G.-ni saxlayıblar.

İstintaq müəyyən edib ki, cari ilin yanvar–fevral aylarında Marneulidə yaşayan bir neçə vətəndaşa mobil telefon vasitəsilə naməlum şəxslər zəng edərək özlərini kriminal avtoritet “Polada” adı ilə təqdim ediblər və onlardan pul tələb ediblər. Bildirilib ki, tələb olunan məbləğ ödənilmədiyi halda, həmin şəxslərə ölüm və əmlaklarının məhv edilməsi ilə hədələr gəlib.

Hüquq-mühafizə orqanlarının apardığı kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərin kimliyi qısa müddətdə müəyyən edilib və onlar təqsirləndirilən şəxs qismində saxlanılıblar.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci və 236-cı maddələri ilə aparılır. Bu maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər