Ölkə ərazisində bu tarixdən isti havalar gözlənilir - PROQNOZ
Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, 17 martda ölkənin bəzi rayonlarında yağıntılı hava şəraiti davam edəcək, 18–19 mart tarixlərində isə hava nisbətən isti və əsasən yağmursuz olacaq.
InterPress.ge xəbər verir ki, Tbilisidə əsasən yağmursuz hava gözlənilir. Gündüz temperaturu +14, +16 dərəcə təşkil edəcək.
Sahil rayonlarında – Batumi, Kobuleti, Anaklia və Potidə 17 martda bəzi yerlərdə yağış yağacaq, 18–19 martda isə hava əsasən yağmursuz olacaq. Gündüz temperaturu +16, +18 dərəcə olacaq.
Qərbi Gürcüstanın düzən rayonlarında – Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə 17 martda bəzi yerlərdə yağış gözlənilir, 18–19 martda isə əsasən yağmursuz hava olacaq. Martın 19-da bəzi yerlərdə güclü şərq küləyi əsə bilər. Havanın temperaturu gündüz +20, +22 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında – Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti aşırımında 17 martda bəzi yerlərdə yağış yağacaq, 18–19 martda isə əsasən yağmursuz hava gözlənilir. Martın 19-da bəzi yerlərdə güclü şərq küləyi əsə bilər. Temperatur gündüz +16, +18 dərəcəyə qədər artacaq.
Yüksək dağlıq rayonlarda – Mestia və Baxmaroda 17 martda bəzi yerlərdə qar yağacağı gözlənilir, 18–19 martda isə hava əsasən yağmursuz olacaq. Martın 19-da bəzi yerlərdə güclü şərq küləyi əsə bilər. Temperatur gündüz +12, +14 dərəcəyə qədər yüksələcək.
Kartli bölgəsində – Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsinvaldə 17 martda bəzi yerlərdə yağış yağacaq, 18–19 martda isə əsasən yağmursuz hava gözlənilir. Gündüz temperaturu +15, +17 dərəcə olacaq.
Kaxeti bölgəsində – Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaro şəhərlərində 17 martda bəzi yerlərdə yağış yağacağı, 18–19 martda isə əsasən yağmursuz hava olacağı gözlənilir. Temperatur gündüz +14, +16 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında – Axaltsixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə 17 martda bəzi yerlərdə yağış yağacaq, 18–19 martda isə əsasən yağmursuz hava gözlənilir. Gündüz temperaturu +12, +14 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında – Axalkalaki, Tsalka, Bakuriani, Qudauri və Omalo şəhərlərində 17 martda bəzi yerlərdə qar yağacaq, 18–19 martda isə əsasən yağmursuz hava gözlənilir. Gündüz temperaturu +7, +9 dərəcə olacaq.


