18 
Mar
2026
11:28
329

Azyaşlı ailə üzvünə qarşı zorakılıq və zorlama: 67 yaşlı kişi saxlanılıb

Axmeta bələdiyyəsinin kəndlərindən birində azyaşlı ailə üzvünə qarşı zorlama və zorakılıq faktı ilə bağlı 67 yaşlı kişi saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs – 1959-cu il təvəllüdlü R.M. ailənin 2012-ci il təvəllüdlü üzvünə qarşı onun iradəsi əleyhinə dəfələrlə zor tətbiq etməklə cinsi əlaqədə olub və onu soyuq silahla öldürməklə hədələyib. Eyni zamanda, onun azyaşlıya qarşı mütəmadi fiziki zorakılıq etdiyi də müəyyən olunub.

DİN-in Kaxeti Polis Departamentinin Axmeta rayon şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində R.M. təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 137-ci, 11 prima 126-cı və 11 prima 151-ci maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər