II İliyanın nəşi bu gün Sameba kafedralına aparılacaq
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın nəşi bu gün Patriarxlıq rezidensiyasından Sameba (Müqəddəs Üçlük) kafedral məbədinə aparılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.
Məlumata görə, yürüş bu gün – 18 mart tarixində saat 16:00-da başlayacaq və mərhum patriarxın nəşi piyada yürüşlə Sameba kafedralına çatdırılacaq.
“Bu gün, 18 mart 2026-cı il tarixində Həzrətləri və Müqəddəsliyi, bütün Gürcüstanın Katolikos-Patriarxı, Mçxeta və Tbilisi arxiyepiskopu, Biçvinta və Suxumi-Abxaziya mitropoliti II İliyanın nəşi Patriarxlıq rezidensiyasından Müqəddəs Üçlük kafedralına aparılacaq. Piyada yürüş saat 16:00-da başlayacaq”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında vəfat edib.


