19 
Mar
2026
13:51
210

Tbilisidə 21-22 mart tarixlərində ictimai nəqliyyat pulsuz olacaq

Tbilisi meriyasının məlumatına görə, martın 21-22-də şəhərdə ictimai nəqliyyat sərnişinlərə pulsuz xidmət göstərəcək.

InterPress.ge xəbər verir ki, qərar bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfni ilə əlaqədar yaradılmış dövlət komissiyası tərəfindən qəbul edilib.

Məlumata əsasən, Tbilisi üzrə avtobuslar, mikroavtobuslar və metro həmin günlərdə pulsuz fəaliyyət göstərəcək. Nəqliyyat vasitələri əvvəlcədən müəyyən edilmiş marşrut və intervallarla hərəkət edəcək. Metro isə hər iki gün saat 06:00-dan 00:00-dək sərnişinlərə xidmət edəcək.

Bundan əlavə, “Gürcüstan Dəmir Yolları” da sərnişinlərə pulsuz xidmət göstərəcək.

Qeyd edək ki, bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub. Patriarx martın 22-də Sioni məbədində dəfn ediləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər