21 
Mar
2026
13:05
151

Ombudsman Novruz bayramı münasibətilə təbrik ünvanlayıb

Gürcüstanın Ombudsmanı Levan İoseliani Novruz bayramı münasibətilə bu bayramı qeyd edən bütün ölkə vətəndaşlarını təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Ombudsman Aparatı tərəfindən yayılıb.

Məlumata görə, İoseliani vətəndaşlara sülh, rifah və inkişaf arzulayıb.

Bəyanatda qeyd olunub ki, Novruz bayramı baharın gəlişini, təbiətin yenilənməsini və həyatın yeni başlanğıcını simvolizə edir.

“Bu bayram çoxəsrlik ənənələri birləşdirir və qarşılıqlı hörmət, həmrəylik və harmoniya kimi dəyərlərə xüsusi önəm verir”, – deyə açıqlamada bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər