23 
Mar
2026
13:42
336

Tbilisidə kilsə ərazisi ilə bağlı terror xəbəri yayan azyaşlı ifşa olundu

2026-cı il martın 22-də saat 14:30 radələrində Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentinə terror aktı barədə iki anonim zəng daxil olub.

InterPress.ge xəbər verir ki, zəng edən şəxs özünü Sameba kafedral məbədinin yaxınlığında olduğunu, odlu silahla silahlandığını və ərazini minaladığını bildirib. O, 20 dəqiqə ərzində evakuasiya aparılmayacağı təqdirdə partlayış həyata keçirəcəyini deyib.

Məlumata görə, zəngin müəllifi izini itirmək və kimliyinin müəyyən edilməsini çətinləşdirmək məqsədilə xüsusi proqram təminatı ilə səsini dəyişib, xarici ölkəyə məxsus virtual telefon nömrəsindən istifadə edib və IP ünvanını gizlədib.

Aparılan kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində elə həmin gün axşam saatlarında cinayətdə şübhəli bilinən azyaşlı şəxs müəyyən edilib və onunla bağlı istintaq hərəkətləri aparılıb. Ondan bir neçə mobil telefon, noutbuklar və iş üçün əhəmiyyətli digər sübutlar götürülüb.

Bildirilib ki, azyaşlı törətdiyi əməli etiraf edib.

Fakta görə ona Cinayət Məcəlləsinin 331-ci maddəsi (terrorizm barədə yalan məlumat vermə) ilə ittiham irəli sürüləcək. Bu maddə 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

DTX bəyan edib ki, qurumun və onun Antiterror Mərkəzinin bu cür cinayətlərin aşkarlanması üçün bütün zəruri imkanları və müasir texniki vasitələri mövcuddur.

Qurum vətəndaşları xəbərdar edir ki, bu kimi halların hər biri üzrə sərt hüquqi tədbirlər görüləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər