23 
Mar
2026
15:14
233

Prokurorluq: Azyaşlının şəxsi həyatını əks etdirən görüntüləri yayan saxlanıldı

Gürcüstan Prokurorluğu şəxsi həyatın toxunulmazlığının pozulması faktı üzrə bir nəfərin saxlanıldığını açıqlayıb.

InterPress.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs azyaşlı zərərçəkənin şəxsi həyatını əks etdirən video görüntüləri qanunsuz şəkildə çəkib və saxlayıb, daha sonra isə həmin materiallar ictimai məktəblərin şagirdləri arasında yayılıb.

Məlumata görə, məhkəmə prokurorluğun vəsatəti əsasında təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Bildirilib ki, saxlanılan şəxsə Cinayət Məcəlləsinin 157 prima maddəsinin birinci hissəsi (şəxsi həyatın sirrinin qanunsuz əldə edilməsi, saxlanılması və yayılması) ilə ittiham irəli sürülüb. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər