24 
Mar
2026
11:26
698

Dəhşətli qətl: anasını və qardaşını öldürdü

Tbilisidə iki nəfərin ölümü ilə nəticələnən ağır qətl hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, 1971-ci il təvəllüdlü D.R. ailə üzvlərinə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs məişət zəminində yaranmış münaqişə zamanı anasına və qardaşına soyuq silahla sinə nahiyəsindən xəsarətlər yetirib. Nəticədə hər iki şəxs hadisə yerində həyatını itirib.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb, cinayətdə istifadə olunan alət isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda qəsdən adam öldürməni nəzərdə tutan maddəsi ilə istintaq aparılır. Bu cinayətə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər