Elene Xoştariya 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
“Droa” partiyasının lideri Elene Xoştariyanın işi üzrə hökm elan olunub.
InterPress.ge xəbər verir ki, hakim Giorgi Arevadze müxalif siyasətçini Tbilisi meri Kaxa Kaladzenin bannerinin zədələnməsi işi üzrə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Məlumata görə, həbs müddətinin hesablanması ötən ilin 15 sentyabr tarixindən başlayıb və buna görə də Xoştariyanın cəza müddəti təxminən bir ildən sonra başa çatacaq.
Qeyd olunur ki, Xoştariya məhkəmə iclasında iştirak etməyib.
İttiham tərəfinin hesablamasına əsasən, bannerin zədələnməsi nəticəsində 570 lari məbləğində ziyan dəyib.
Bildirilir ki, Elene Xoştariya 23 yaşlı tələbə Meqi Diasamidzenin müdafiəsinə dəstək olaraq Kaladzenin bannerinin üzərinə markerlə “Rus arzusu” yazıb.
Xatırladaq ki, Meqi Diasamidze də eyni hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub və sonradan 2000 lari girov qarşılığında azadlığa buraxılıb.


