25 
Mar
2026
12:32
1658

Gürcüstanda hərbi xidmətlə bağlı qaydalar dəyişir - Əgər 12 ay...

Gürcüstan Müdafiə Qüvvələrində xidmətlə bağlı bir sıra məsələlər yeni qaydada tənzimlənəcək.

InterPress.ge xəbər verir ki, bununla bağlı dəyişikliklər Müdafiə Nazirliyi tərəfindən hazırlanaraq parlamentə təqdim edilən “Müdafiə Məcəlləsi”nə daxil edilib.

Hazırkı qanunvericiliyə əsasən, çağırışçıların milli hərbi xidmətini müqaviləli hərbi xidmət formasında keçən hərbçi müqaviləni dayandırdığı halda, əgər 12 ay xidmət edibsə, Müdafiə Qüvvələrinin ehtiyatına keçirilir. Bu müddət tamamlanmadıqda isə 6 və ya 8 ay müddətinə yenidən çağırışçıların milli hərbi xidmətinə cəlb olunur.

Yeni dəyişikliklərə əsasən, peşəkar hərbi xidmətdə olan şəxs müqaviləni dayandırarsa, avtomatik olaraq 8 aylıq çağırışçıların milli hərbi xidmətinə keçiriləcək. Bu qayda yalnız o hallara şamil edilmir ki, şəxs çağırışdan azad olunma və ya möhlət hüququna malik olsun, yaxud ağır ailə vəziyyəti bunu əsaslandırsın və bu, müvafiq sənədlərlə təsdiqlənsin.

Bununla yanaşı, müqavilə şərtlərinin pozulmasına görə tətbiq olunan cərimələrlə bağlı da dəyişiklik nəzərdə tutulur. Belə ki, peşəkar hərbi xidmətdən çağırışçıların milli hərbi xidmətinə keçirilən şəxslər üçün cərimənin ödənilməsi öhdəliyi 8 ay müddətinə təxirə salınacaq, xidmət başa çatdıqdan sonra isə bu öhdəlik tamamilə ləğv olunacaq.

Bizimlə əlaqə saxlayın