26 
Mar
2026
12:02
171

Kaxetidə hamilə həyat yoldaşına qarşı ağır cinayətlər törədən şəxs saxlanılıb

Kaxeti bölgəsində polis hamilə həyat yoldaşına qarşı ağır cinayətlər törətməkdə təqsirləndirilən bir şəxsi saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan G.T. Telavi bələdiyyəsinin kəndlərindən birində həyat yoldaşına qarşı ölüm hədəsi, fiziki zorakılıq və zor tətbiq etməklə cinsi əlaqəyə məcburetmə ittihamı ilə saxlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 1991-ci il təvəllüdlü həyat yoldaşı Z.O.-ya qarşı həyatına son qoymaqla hədələmə və fiziki zorakılıq edib, həmçinin zor tətbiq etməklə və zor tətbiqi hədəsi ilə cinsi əlaqəyə məcbur edib.

Keçirilmiş kompleks istintaq tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 137-ci, 126 prima və 11 prima 151-ci maddələri ilə istintaq aparılır. Bu maddələr 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın