Marneulidə yeni təhsil mərkəzi fəaliyyətə başladı - OXU Təhsil Mərkəzi
Marneuli şəhərində yeni fəaliyyətə başlayan OXU Təhsil Mərkəzi müxtəlif yaş qrupları üçün tədris proqramları üzrə qəbul elan edib.
Mərkəz uşaqların bilik və bacarıqlarının inkişafına yönəlmiş müasir və keyfiyyətli təhsil imkanları təqdim edir.
Mərkəzdə aşağıdakı kurslar üzrə dərslər təşkil olunur: gürcü dili, məktəbəqədər hazırlıq, ingilis dili, şahmat, riyaziyyat, rəsm, kompüter, alman dili və robotexnika.
Mərkəzdə kurslar səhər və günorta saatlarında olmaqla bütün yaş qrupları (məktəbəqədər, azyaşlılar, ibtidai və yuxarı siniflər) üçün nəzərdə tutulmuşdur.
OXU Təhsil Mərkəzinin rəhbəri Murad Muradovun verdiyi məlumata görə, dərslər peşəkar müəllim heyəti tərəfindən, müasir tədris metodları əsasında keçirilir və hər bir şagirdə fərdi yanaşma təmin olunur. Həmçinin mərkəzdə şagirdlərin fərdi inkişafı və dünyagörüşünün artırılması məqsədi ilə müxtəlif layihələr və fəaliyyətlər həyata keçirləcək.
Mərkəz valideynlərə övladlarının həm akademik, həm də şəxsi inkişafı üçün əlverişli mühit vəd edir.
Qeyd edək ki, qruplarda yerlər məhduddur və qeydiyyat artıq başlayıb.
Ünvan: Marneuli, 2-ci Erekle küç. 1. (Marneuli Plazanın arxası)
Qiymət, ətraflı məlumat və qeydiyyat üçün əlaqə: 📞 555 68 46 35
.png)
.png)
.png)


