27 
Mar
2026
15:32
808

Bayramova Marneulidə çörək bahalaşması ilə bağlı: "Çörək biznes Marneuli merinin ailəsinin təsiri altındadır"

"Çörək biznes Marneuli merinin ailəsinin təsiri altındadır."

InterPressşge xəbər veri ki, bu barədə ictimai fəal Samirə Bayramova Marneulidə çörək qiymətlərinin artması ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, Marneulidə çörəyin qiyməti süni şəkildə artırılıb və bu sahə faktiki olaraq monopoliyalaşıb.

Bayramova iddia edir ki, bu biznes Marneuli merinin ailəsinin təsiri altındadır və tez-tez vəzifəyə gələn şəxslər regionu şəxsi mülkləri kimi görürlər.

“Ölkə üzrə ümumi statistikada və şəbəkə mağazalarında çörəyin bahalaşması qeydə alınmır. Qiymət artımı yalnız Marneulidə və onun ətrafındakı bir neçə ərazidə müşahidə olunur”, – deyə o bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə meriya ilə əlaqəli bizneslərin dominant olduğu görünür.

Bayramova əlavə edib ki, yerli un istehsalçısı unun qiymətinin artmadığını və mövcud ehtiyatların iyul ayına qədər kifayət etdiyini açıqlayıb.

Bizimlə əlaqə saxlayın