28 
Mar
2026
12:24
114

“Gürcü Arzusu”nun gənclər təşkilatı regional konfranslara Batumidən start verdi

“Gürcü Arzusu”nun gənclər təşkilatı regional konfranslara başlayıb.

InterPress.ge xəbər verir ki, təşkilatın rəhbəri Varlam Liparteliani və idarə heyətinin üzvləri bu çərçivədə tələbələrlə görüşlər keçirəcək, müxtəlif mövzularda müzakirələr aparılacaq.

Məlumata görə, görüşlər bu gün Batumi şəhərindən start götürüb.

Lipartelianinin sözlərinə görə, təşkilat gənclərin fikirlərini dinləməyə hazırdır və onların istənilən, o cümlədən tənqidi yanaşmaları da önəmlidir.

“Biz istənilən insanın fikrini dinləməyə hazırıq. Onların hər bir sözü və mövqeyi bizim üçün vacibdir. Komandamızın əsas siyasəti gənclərlə daha çox ünsiyyətdə olmaqdır. Hamımız bilirik ki, gənclərin ölkədə və dünyada gedən proseslərdə iştirakı olmadan inkişaf mümkün deyil. Buna görə də onların fikirlərinin dinlənilməsi və nəzərə alınması bizim üçün çox önəmlidir”, – deyə o bildirib.

Bizimlə əlaqə saxlayın