28 
Mar
2026
12:28
761

Mübahisə ölümlə nəticələndi- bir nəfər saxlanıldı

Duşeti bələdiyyəsində qətl hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, Mtsxeta-Mtianeti polis departamentinin Duşeti rayon idarəsinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə əvvəllər məhkum olunmuş, 1987-ci il təvəllüdlü B.B.-ni isti izlərlə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Duşeti bələdiyyəsində məişət zəminində baş verən mübahisə zamanı 1954-cü il təvəllüdlü A.B.-yə fiziki zor tətbiq edib. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş hadisə yerində həyatını itirib.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində şübhəli şəxs cinayətdən qısa müddət sonra saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın