29 
Mar
2026
13:02
281

Yuxarı Saralda “SARAL İnkişaf və Təhsil Mərkəzi”nin 1 illiyi qeyd olunub - FOTO

Yuxarı Saral kəndində “SARAL İnkişaf və Təhsil Mərkəzi”nin fəaliyyətinin bir illiyinə həsr olunmuş tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin koordinatoru Sara İsgəndərova açaraq mərkəzin yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra mərkəzin himayədarı, xeyriyyəçi iş adamı Rəhim Hüseynovun tədbir iştirakçılarına ünvanladığı məktub oxunub.

Tədbirdə həmçinin mərkəzin direktoru Emin Əhmədov və Yuxarı Saral İctimai Birliyinin rəhbəri Qasım Hacızadə çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşüblər.

Proqramın ikinci hissəsində Suleyman Novruzov tərəfindən hazırlanan layihə haqqında videoçarx nümayiş olunub.

Mərkəzin könüllü müəllimləri – Günel Abdullayeva, Aylin Hümbətova, Sinan Balakişiyev, Ruxsara Mamedova, Emil Allahverdiyev və Aminə Əhmədova çıxış edərək şagirdlərə uğurlar arzulayıblar.

Tədbirin sonunda şagirdlərlə xatirə şəkli çəkdirilib.

Bizimlə əlaqə saxlayın