Elektrik enerjisinin tarifi artırıldı - YENİ QİYMƏT BELƏDİR...
Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası – SEMEK elektrik enerjisi üzrə istehlak tariflərinin həm paytaxt Tbilisidə, həm də regionlarda artırılması barədə qərar qəbul edib.
InterPress.ge xəbər verir ki, qərara əsasən, tariflər 1 aprel 2026-cı ildən qüvvəyə minəcək.
Yeni qərara görə, həm Tbilisidə, həm də regionlarda tariflər bütün istehlak qrupları üzrə 5 tetri artırılıb.
Belə ki, 0-101 kVt/saat elektrik enerjisi istifadə edən abonentlər üçün tarif 15.041 tetridən 20.041 tetridək yüksəldilib. 101-301 kVt/saat intervalında istehlak edən istifadəçilər üçün qiymət 19.053 tetridən 24.053 tetridək artırılıb. 301 kVt/saatdan artıq istehlak edən abonentlər üçün isə tarif 23.537 tetridən 28.537 tetridək yüksəlib.
Bununla yanaşı, SEMEK-in qərarı ilə elektrik enerjisinin tarifi kommersiya sektoru üçün də artırılıb. Artım orta hesabla 4-6 tetri təşkil edir.
Kommersiya istehlakçıları üçün 110-35 kV səviyyəsində tarif 25.267 tetridən 30.322 tetridək yüksəldilib. 10-6-3.3 kV səviyyəsində tarif 27.880 tetridən 34.632 tetridək, 380-220 kV səviyyəsində isə 28.961 tetridən 35.731 tetridək artırılıb.
Qərara əsasən, yeni tariflər bütün sektorlar üçün 1 aprel 2026-cı ildən qüvvəyə minəcək və 1 yanvar 2031-ci ilədək tətbiq olunacaq.


