02 
Apr
2026
20:56
694

Marneulidə bıçaqlanan 20 yaşlı gənc həyatını itirib

Marneulidə baş verən bıçaqlanma hadisəsi ölümlə nəticələnib.

InterPress.ge xəbər verir ki, mübahisə zəminində boğaz nahiyəsindən bıçaqlanan 20 yaşlı gənc aldığı ağır xəsarətlər səbəbindən həyatını itirib.

Hadisə Marneuli şəhərinin mərkəzində baş verib. Yaralı gənc hadisədən sonra Marneulidə yerləşən xəstəxanalardan birinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın