03 
Apr
2026
10:16
1405

Marneulidə qətl törədən şəxs saxlanıldı - VİDEO

Marneulidə baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kvemo Kartli Polis Departamentinin əməkdaşları qəsdən adam öldürməkdə təqsirli bilinən, 2004-cü il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş E.İ.-ni isti izlərlə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2 aprel tarixində Marneulidə əvvəl baş vermiş mübahisə zəminində yaranan qarşıdurma zamanı 2005-ci il təvəllüdlü E.B.-ni soyuq silahla boğaz nahiyəsindən yaralayıb və hadisə yerindən qaçıb. Yaralı şəxs aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırıldıqdan dərhal sonra həyatını itirib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində E.İ. qısa müddətdə saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın