Belarus vətəndaşı külli miqdarda narkotiklə saxlanılıb
Tercola rayonunda xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və realizasiyasına şərait yaratmaqda təqsirləndirilən şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları Belarus vətəndaşı, 1992-ci il təvəllüdlü M.S.-ni Tercola bələdiyyəsində saxlayıblar.
İstintaqla müəyyən edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərində aparılan şəxsi axtarış zamanı, həmçinin istintaq eksperimenti çərçivəsində onun göstərdiyi ünvanlardan satış məqsədilə yerləşdirilmiş xüsusilə külli miqdarda “metadon” narkotik vasitəsini maddi sübut kimi götürüblər.
Bundan əlavə, təqsirləndirilən şəxsin müvəqqəti yaşadığı mənzilə baxış zamanı narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulmuş materiallar da aşkar edilərək götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsi və 260-cı maddənin 6-cı hissəsinin “a” bəndi ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


