04 
Apr
2026
22:09
735

Marneulidə qətl hadisəsi ilə bağlı prokurorluq açıqlama yaydı

Marneulidə baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfərə rəsmi ittiham irəli sürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində müəyyən edilib ki, cari ilin 2 aprel tarixində Marneulidə təqsirləndirilən şəxs qəsdən öldürmə məqsədilə digər şəxsə iti alətlə həyat üçün təhlükəli xəsarətlər yetirib. Nəticədə zərərçəkən tibbi yardım göstərilənədək həyatını itirib.

Təqsirləndirilən şəxs hüquq-mühafizə orqanları tərəfindən 3 aprel tarixində saxlanılıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək.

Bizimlə əlaqə saxlayın