05 
Apr
2026
10:53
179

DİN: Azərbaycan vətəndaşı Əfqan Sadıqov polis əməkdaşını təhqir etməkdə ittiham olunur

Gürcüstanda sosial şəbəkədə polis əməkdaşını təhqir etmək faktı ilə bağlı Azərbaycan vətəndaşı barəsində inzibati icraata başlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan vətəndaşı Əfqan Sadıqov barəsində Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş başlanıb. Bu maddə polis əməkdaşına itaətsizlik və ya təhqir hallarını nəzərdə tutur.

Qurumun açıqlamasına əsasən, Sadıqov Tbilisi Polis Departamentinin əməkdaşları tərəfindən 4 aprel tarixində saxlanılıb. Saxlanılmanın məqsədi onun məhkəməyə təqdim olunması və işin vaxtında baxılması olub.

Bildirilib ki, Əfqan Sadıqov daha əvvəl müxtəlif inzibati xətalara görə ümumilikdə 62 dəfə məsuliyyətə cəlb olunub. Bu hallara toplaşma və nümayiş qaydalarının pozulması da daxildir və o, iki dəfə inzibati həbs cəzası çəkib.

Məlumata görə, Sadıqov məhkəmə qarşısına çıxarılacaq və hakim açıq iclasda onun inzibati xətanı törədib-törətmədiyini müəyyən edəcək. Fakt təsdiqlənərsə, ona müvafiq cəza tətbiq olunacaq.

Bizimlə əlaqə saxlayın