Arçil Qorduladze: Sadıqovun məhkəməsi ilə bağlı yayılan məlumatlar “feykdir”
Parlamentin hüquqi məsələlər komitəsinin sədri Arçil Qorduladze azərbaycanlı jurnalist Afqan Sadıqovin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Qorduladze sosial şəbəkədə paylaşım edərək müxalifətin jurnalistin məhkəmə prosesinin gecə saatlarında keçirildiyi ilə bağlı iddialarını təkzib edib.
Onun sözlərinə görə, Sadıqov təxminən saat 22:00 radələrində saxlanılıb və dərhal məhkəməyə aparılıb.
Qorduladze bildirib ki, məhkəmə prosesinin uzanması və gec saatlara düşməsi vəkillərin hərəkətləri ilə bağlı olub.
“Bir neçə gündür deyirlər ki, Afqan Sadıqovun məhkəməsi gecə saat 3-4-də keçirilib. Araşdırdım və bu iddiaların növbəti saxta kampaniya olduğu üzə çıxdı. Sadıqov axşam saat 10 radələrində saxlanılıb və birbaşa məhkəməyə aparılıb. Proses isə vəkillər tərəfindən müxtəlif səbəblərlə 5 saatdan çox uzadılıb – gah təxirə salınma istənilib, gah materiallarla tanışlıq tələb olunub. İndi isə deyirlər ki, proses gecə keçirilib”, – deyə Qorduladze qeyd edib.
O əlavə edib ki, yayılan məlumatlar “yalan və zərərli təbliğatdır” və bunun ifşa olunması vacibdir.


