Gürcüstanda hava pisləşəcək: güclü yağış, külək və sel təhlükəsi
Gürcüstanın Milli Ətraf Mühit Agentliyi ölkədə gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
InterPress.ge xəbər verir ki, sinoptiklərin proqnozuna əsasən, aprelin 8-də Qərbi Gürcüstanda, aprelin 9-da isə ölkənin əksər hissəsində fasilələrlə yağıntı gözlənilir, bəzi ərazilərdə isə güclü olacaq.
Məlumata görə, şimşək çaxması, küləyin güclənməsi, dənizdə 3-4 ballıq fırtına və yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ehtimal olunur.
Bildirilib ki, Şərqi Gürcüstanda, o cümlədən paytaxt Tbilisidə güclü qərb küləyi əsəcək.
Sinoptiklər xəbərdarlıq edir ki, intensiv yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Eyni zamanda, dağlıq və təpəlik ərazilərdə sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsi ehtimalı var.
Məlumata görə, təhlükə səviyyəsi orta qiymətləndirilir.


