08 
Apr
2026
11:48
108

Kobaxidze: Borjomi–Bakuriani “Kukuşka” qatarı gələn ilin yanvarından fəaliyyətə başlayacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Borjomi–Bakuriani istiqamətində hərəkət edən tarixi “Kukuşka” qatarı ilə bağlı qərarı açıqlayıb.

InterPress.ge xəbər verir ki, Kobaxidze hökumət iclasında bildirib ki, qatar və dəmir yolu infrastrukturu tam şəkildə bərpa olunacaq.

Onun sözlərinə görə, layihə çərçivəsində həm qatarın özü, həm də dəmir yolu xətləri əsaslı təmir ediləcək, eyni zamanda 5 dəmir yolu stansiyası da yenilənəcək.

Baş nazir qeyd edib ki, bu xətt 2020-ci ildən fəaliyyətini dayandırmışdı və plan üzrə qatar gələn ilin yanvar ayından yenidən sərnişinlərə xidmət göstərəcək.

Kobaxidze vurğulayıb ki, bu layihənin turizm baxımından da böyük əhəmiyyəti var və həm yerli sakinlər, həm də ölkəyə gələn turistlər üçün əlavə imkanlar yaradacaq.

Bizimlə əlaqə saxlayın