08 
Apr
2026
13:49
430

Gürcüstanda yanacaq yenidən bahalaşıb – son 4 gündə qiymətlər artıb

Gürcüstanda iri brend yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti yenidən artıb.

InterPress.ge xəbər verir ki, son 4 gün ərzində artım 5–15 tetri təşkil edib. Ümumilikdə isə 9 mart tarixindən bu günə qədər yanacaq 32–90 tetri bahalaşıb.

Ekspertlər qiymət artımını Yaxın Şərqdə baş verən hadisələrlə əlaqələndirirlər. Xüsusilə Hörmüz boğazı vasitəsilə daşımaların pozulması dünya neft bazarına ciddi təsir göstərib. Qeyd olunur ki, qlobal neft tədarükünün təxminən 20%-i məhz bu marşrutdan həyata keçirilirdi.

ABŞ ilə İran arasında gərginliyin artması fonunda boğazda hərəkət demək olar ki, dayanmış, bu isə “qara qızıl”ın qiymətlərinə təsir etmişdi. Lakin sonradan ABŞ prezidenti Donald Tramp tərəfindən iki həftəlik atəşkəs elan edildikdən sonra neft qiymətlərində kəskin eniş müşahidə olunub.

Belə ki, Brent markalı neftin fyuçersləri təxminən 16% ucuzlaşaraq 93 dollar/barel səviyyəsinə düşüb. ABŞ-ın WTI markalı nefti isə 14% ucuzlaşaraq təxminən 96 dollar olub.

Buna baxmayaraq, Gürcüstanda yanacaq qiymətlərinin artımı davam edir.

Əsas qiymət dəyişiklikləri:

Gulf (ümumi artım: 46–84 tetri)

  • Super: 3.99 lari (+46 tetri)

  • Premium: 3.59 lari (+52 tetri)

  • Dizel: 3.97 lari (+84 tetri)

Wissol (ümumi artım: 44–69 tetri)

  • Super: 3.98 lari (+44 tetri)

  • Premium: 3.58 lari (+46 tetri)

  • Dizel: 3.92 lari (+69 tetri)

Socar (ümumi artım: 32–82 tetri)

  • Super: 3.87 lari (+32 tetri)

  • Premium: 3.55 lari (+44 tetri)

  • Dizel: 3.90 lari (+82 tetri)

Rompetrol (ümumi artım: 28–80 tetri)

  • Super: 3.99 lari (+40 tetri)

  • Premium: 3.43 lari (+28 tetri)

  • Dizel: 3.95 lari (+80 tetri)

Portal (ümumi artım: 40–90 tetri)

  • Super: 3.44 lari (+45 tetri)

  • Premium: 3.34 lari (+40 tetri)

  • Dizel: 3.89 lari (+90 tetri)

Məlumata görə, qlobal bazarda qiymətlərin azalmasına baxmayaraq, yerli bazarda bahalaşma hələ də davam edir.

Bizimlə əlaqə saxlayın