14 
Apr
2026
17:02
188

“Xarici təsirin şəffaflığı” qanunu üzrə reyestr Dövlət Audit Xidmətinə verilir

Gürcüstanda “xarici qüvvələrin maraqlarını daşıyan təşkilatların” reyestrinin idarə olunması funksiyası dəyişdirilir.

InterPress.ge xəbər verir ki, parlament üçüncü oxunuşda qəbul etdiyi dəyişikliklərlə bu səlahiyyəti Dövlət Audit Xidmətinə həvalə edib.

Məlumata görə, indiyədək Milli İctimai Reyestr Agentliyi tərəfindən həyata keçirilən funksiyalar bundan sonra Dövlət Audit Xidməti tərəfindən icra olunacaq. Qanun layihəsi parlamentdə 81 səslə, yekdilliklə qəbul edilib.

Qeyd olunur ki, 2025-ci ildə edilən qanunvericilik dəyişikliklərinə əsasən, Dövlət Audit Xidməti artıq qrantların razılaşdırılmadan verilməsi və alınmasına nəzarəti, həmçinin “xarici agentlərin qeydiyyatı aktı” ilə nəzərdə tutulan səlahiyyətləri də həyata keçirir.

Bizimlə əlaqə saxlayın