17 
Apr
2026
11:14
311

Müəllimlər bir neçə fənn üzrə eyni vaxtda imtahan verə biləcək

2026-cı ildən etibarən müəllimlər və müəllim olmaq istəyən şəxslər eyni vaxtda bir neçə fənn üzrə imtahan vermək imkanı əldə edəcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil, Elm və Gənclər Nazirliyi məlumat yayıb.

Məlumata görə, yeni qaydalara əsasən namizədlər artıq yalnız bir fənn üzrə deyil, eyni anda maksimum üç fənn üzrə imtahana qeydiyyatdan keçə və imtahan verə biləcəklər. Bundan əlavə, böyük xüsusi müəllim və baza peşə bacarıqları üzrə imtahanlarda iştirak imkanı da yaradılır.

Nazirlik bildirir ki, bu qərar müəllimlərin fənn üzrə kompetensiyalarının gücləndirilməsinə xidmət edir və tədris keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Qeydiyyat prosesi elektron şəkildə həyata keçiriləcək. Namizədlər 20 aprel saat 10:00-dan 6 may saat 18:00-dək Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin rəsmi saytında qeydiyyatdan keçə bilərlər.

Eyni zamanda vurğulanır ki, namizədlər məzmun baxımından eyni olan və ya tərcümə edilmiş testləri əhatə edən fənləri birlikdə seçə bilməyəcəklər.

Bizimlə əlaqə saxlayın