07 
Iyl
2026
20:03
125

Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin sayı artırılır – Yeni vaqonlar və daha sərfəli biletlər istifadəyə verilir

10 iyuldan etibarən Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarların tutumunu üç əlavə yataq vaqonunun qoşulması ilə təxminən 60 faiz artıracaq.

InterPress.ge xəbər verir ki, bu barədə Report agentliyi Azərbaycan Dəmir Yollarına istinadən məlumat yayıb.

Əlavə vaqonların qoşulması nəticəsində hər reys üzrə sərnişin yerlərinin sayı 178-dən 282-yə çatacaq. Bununla yanaşı, sərnişinlər daha sərfəli tariflərlə səyahət edə biləcəklər.

Əlavə edilən Standard+ sinif vaqonlarına biletlərin satışı artıq başlayıb. Bu sinif üzrə biletlər Stadler istehsalı olan vaqonlardakı biletlərlə müqayisədə daha münasib qiymətə təklif olunur.

Standard+ sinfi üzrə tariflər məsafədən asılı olaraq 40,30 manatdan (62 lari) başlayır.

Bir istiqamət üzrə minimum bilet qiymətləri:

  • Bakı – Tbilisi: 65,20 manat (100,45 lari)

  • Yevlax – Tbilisi: 53,30 manat (82 lari)

  • Gəncə – Tbilisi: 49,30 manat (76 lari)

  • Ağstafa – Tbilisi: 45,30 manat (69,8 lari)

  • Böyük Kəsik – Tbilisi: 43,40 manat (66,85 lari)

  • Böyük Kəsik – Qardabani stansiyası: 40,30 manat (62 lari)

Hazırda Stadler istehsalı olan vaqonlarda Comfort sinfi üzrə minimum gediş haqqı Bakı–Tbilisi marşrutunda 79,50 manat (122,45 lari), Gəncə–Tbilisi marşrutunda isə 58,20 manat (89,65 lari) təşkil edir.

Bundan başqa, yeni Standard+ yataq vaqonlarında sərnişinlər üçün 36 kiloqramadək pulsuz baqaj limiti nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər