Tbilisidə gecə klubunun mühafizəçisi bıçaqlanıb – Şübhəli saxlanılıb
Tbilisidə gecə klublarından birinin yaxınlığında baş verən mübahisə zamanı klubun mühafizəçisi soyuq silahla yaralanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, yaralanan şəxsə ilkin tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.
Hadisə ilə bağlı qəsdən sağlamlığa yüngül xəsarət yetirmək ittihamı ilə əvvəllər məhkum olunmuş bir nəfər saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə gecə klublarından birinin yaxınlığında baş vermiş mübahisə zamanı soyuq silahdan istifadə edərək həmin klubun mühafizəçisinə xəsarət yetirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəlini saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


