19 
Iyl
2026
11:21
328

Qəbirüstü abidənin hazırlanması vədi ilə 10 300 ları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tbilisidə külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsi və Detektivlər Baş İdarəsinin əməkdaşları aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxsi məhkəmənin qərarı əsasında saxlayıblar.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişə mərhum həyat yoldaşının məzarının abadlaşdırılacağını vəd edib. Külli miqdarda pulu qanunsuz yolla ələ keçirmək məqsədilə o, zərərçəkmişdən 10 300 lari alıb, lakin üzərinə götürdüyü işləri yerinə yetirməyib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi (külli miqdarda dələduzluq) ilə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın