Gürcüstanda yaxın günlərin hava proqnozu açıqlanıb - İsti havalar yenidən başlayır
Yaxın günlərdə Gürcüstanın bəzi bölgələrində yüksək temperatur fonunda qısamüddətli yağış və şimşək gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, Tbilisidə də qısamüddətli yağış və şimşək ehtimalı var. Paytaxtda havanın gündüz temperaturu +31...+33 dərəcə olacaq.
Bölgələr üzrə hava proqnozu:
Qara dəniz sahili (Batumi, Kobuleti, Anaklia, Poti):
Hava əsasən isti və yağmursuz keçəcək. Gündüz temperaturu +27...+29 dərəcə olacaq.
Qərbi Gürcüstanın aran rayonları (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti):
Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur +30...+32 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonları (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı):
Bəzi ərazilərdə qısamüddətli yağış və şimşək olacaq. Temperatur +30...+32 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın yüksək dağlıq əraziləri (Mestia, Baxmaro):
Bəzi yerlərdə yağış və şimşək gözlənilir. Temperatur +27...+29 dərəcə olacaq.
Kartli bölgəsi (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali):
Bəzi ərazilərdə qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu +31...+33 dərəcə olacaq.
Kaxeti bölgəsi (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro):
Bəzi yerlərdə yağış və şimşək gözlənilir. Temperatur +31...+33 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonları (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri):
Bəzi yerlərdə qısamüddətli yağış və şimşək ehtimalı var. Temperatur +28...+30 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq əraziləri (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo):
Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur +23...+25 dərəcə təşkil edəcək.


